Yazıçı Kamal Abdullanın 2002-ci ildə Mütərcim (Bakı) nəşriyyatında çap olunmuş
“Kədərli seçmələr” kitabında müəllifin müxtəlif janrda yazdığı bədii əsərlərindən seçmələr toplanmışdır.
“Unutmağa kimsə yox” bölməsində şeirlər (Ön sözün müəllifi: Vaqif Bayatlı Odər),
“Gümüş dövrün sirləri” bölməsində klassik rus ədəbiyyatından edilmiş tərcümələr
(Ön sözün müəllifləri: Aslan Məmmədli və Asif Hacıyev), “Əvvəl-axır yazılanlar”
bölməsində esselər (Ön sözün müəllifi: Ramiz Rövşən), “Qarağacın kölgəsi”
bölməsində hekayələr (Ön sözün müəllifi: Mövlud Süleymanlı), “Hamı səni
sevənlər burdadı…” bölməsində pyeslər (Ön sözün müəllifi: Vaqif İbrahimoğlu) təqdim olunur.
Şərh yoxdur