Bu yol gəldi çatdı mənə
Həzin səslə dinə-dinə.
Bir nağıl başladı yenə,
Qaranlıq aldı hər yanı…
Bu nağılın hər üzü bəlli,
Sonu mə’lum – qaravəlli.
Sən sözünü dedin, bəli,
Həm doğrunu, həm yalanı.
Qışdan çıxıb, yarımcandı,
Möhnət çəkib, pərişandı.
İnan ona – oda yandı,
Sən bu yolu yaxşı tanı.
Don vurubdu yaman onu,
Qucaqla, açılsın donu…
… Bir əvvəli var, bir sonu,
Bəs bu yolun özü hanı?!
Şərh yoxdur