K.
A.
  • Həyatı
  • ELMİ FƏALİYYƏTİ
  • POEZİYA
  • Romanlar
  • Hekayələr
  • Pyeslər
  • ESSEİSTİKA
  • İCTİMAYİ-SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA YAZILANLAR VƏ MÜSAHİBƏLƏR
  • Qalereya
  • YENİ
Menu
  • Rus versiya
  • Biblioqrafiya
05/14 2015 22

Hər ilin öz şəkli

Uşaqlıq illərim… Hələ ki pillələrlə tanış oluram…
Məktəb illəri… Çox gözəl bir gün idi. Hələ də xatirimdədir.

Məktəb illərindən növbəti bir xatirə…
Bu da universitet illərimin şəkilidir. Orta məktəb yoldaşlarımla onlardan birinin bağında.

Cavanlıq… İnsan ömrünün hər çağı gözəldir.
Orta məktəb dostları. “Nə xoşbəxt imişəm bir zaman, Allah…”.

Orta məktəb dostum Aslanla..
1984-cü ildə Xarici Dillər Universitetində gənc alim kimi aspirantlarla mühazirəm.

Əziz elmi rəhbərim Ninel Zeynalovna Hacıyeva və görkəmli rus dilçisi, akademik Viktoriya Nikolayevna Yartseva ilə Bakı bulvarında.
Oljas Süleymenovla… Onu tanıtmağa ehtiyac yoxdur.

Seyran Səxavət, Cavanşir Quliyev və Abas Abdulla və mən…
Onu kim unudar?! – Aydın Məmmədov…

Unudulmaz dostum Həsən Turabov və Timurçin Əfəndiyevlə. 1990. İstanbul. Türk dünyası araşdırmaları vəqfinin həyəti. Şəkli Turan hoca çəkib.
1994-cü il, Bursa, Uludağ Universiteti. Mənim əziz öyrəncilərimlə qazanılmış futbol matçından sonra.

Bursa. 1994. Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölüm başkanı Prof. Dr. Coşkun Ak, xanımı, bölümün indi professoru Kərimə Üstünova, onun əri Mustafa Üstünovla piknikdə.
İran, Tehran şəhəri. Beqdelinin evində.

Anar və Fərhad Bədəlbəyli ilə…
Əziz müəllimim, ağsaqqalım Ağamusa Axundovla.

Azərbaycan Yazıçılar Birliyi, şair Ramiz Rövşənlə.
Roma “xərabəlikləri”…

Fransa. Paris. Luvrun bir guşəsi. Azər Mustafazadə ilə.
Bolqarıstanın eks-prezidenti Jelyu Jelyevlə Bakı Slavyan Universitetində.

Bolqarıstan Prezidenti cənab Pırvanov və xanımı ilə Bakı Slavyan Universitetində.
Böyük alim Azad Mirzəcanzadə ilə birgə yazdığımız “Bakı Slavyan Universitetində Mühazirələr” kitabının təqdimat mərasimində. Çıxış edir professor Aydın Ələkbərli.

İki bölüm başqanı – Professor Rəşat Gənc və Kamal Abdulla -2004, İstanbul.
Oğum Mehdi və Milli Olimpia Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə…

Bakı. Savyan Universiteti. Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos, professor Fatma Abdullazadə ilə. Yunanıstan prezidentinə BSU-nun fəxri doktoru adının verildiyi mərasim.
Dəfələrlə sərbəst güləş üzrə Avropa və SSRİ çempionu olmuş dostum Məmməd İbrahimov və oğlum Mehdi ilə məclislərin birində…

Ramiz Rövşən və Vaqif Bayatlı… Şair dostlar arasında.
Orta məktəb müəlliməm Şərqiyə xanımla…

Gürcü teatrının Bakıya gətirdikləri “Kim dedi ki, simurq quşu var imiş…” tamaşasından sonra…

2002-ci il Roma Papası Azərbaycanda olarkən…
Dostum Rəşad Məcid…

Unudulmaz Vaqif İbrahimoğlu ilə.
Doktor Cavd Heyətlə Bakı Slavyan Universitetində söhbət edirik…

Bakı. Fransız səfirliyinin Mədəniyyət mərkəzi. Mərkəzin rəhbəri “Yarımçıq əlyazma”nın fransız nəşrini təqdim edir.
İtaliya. Bolonya. Bolonya Universitetinin rektoru ilə əməkdaşlıq müqaviləsi imzaladıqdan sonra.

Vilayət Quliyevlə Buninin məzarı önündə. Paris.
Vilayət Quliyevlə Varşavada. Bu cür gözəllikdən gözlərimizi çəkə bilmirdik…

Düşüncələr adamı çox uzaqlara apara bilir…
Yazıçılar Birliyi. Natəvan klubu. Anar mənimlə bağlı görüşü aparır… Deyəsən 60 yaşım münasibətilə keçirilən tədbir idi.

Vaqiflə. YUĞ-da. Deyəsən, “Dəvə yağışı”nın premyerasından sonra. İndi Vaqif mənim “deyəsən” sözümə oralardan gülür…
Dəqiq xatirimdə deyil, hansıa dövlət tədbiridir…

Bakı Slavyan Universiteti. Ukraynanın eks-prezidenti Viktor Yuşşenko qonağımız idi.
Əziz dostum, böyük türk alimi, dilçi-filoloq Osman Fikri Sərtqaya ilə…

ABŞ. Kolumbiya Universiteti. “Avrasiyaçılıq” mövzusunda məruzə edərkən…
Moskva. Rusiya Yazıçılar İttifaqı. “Qospodin doroqi” şeirlər kitabının təqdimat-müzakirəsi. Şeirlərin tərcüməçisi Alla Axundova çıxış edir.

2007-ci il, İstanbul. Beynəlxalq kitab fuarı.
Venesiyada…

Mətnlə baş-başa…
Dövlət səviyyəli tədbirdi. Akademik Ramiz Mehdiyev, Təhsil Naziri Misir Mərdanov, Rusiya Dövlət Dumasını sədri Sergey Narışkin, Rusiyanın keçmiş təhsil naziri Andrey Fursenko… Bakı Slavyan Universitetinə yığışmışıq.

Millət vəkil xanım Elmira Axundova ilə.
Sözün sehrində…

Əsas olan mətndir, yerdə qalan təfərrüatdır…

Şərh yoxdur

Şərh yazın

Please be polite. We appreciate that.
Your email address will not be published and required fields are marked.

"Все мои печали"

"Все мои печали" kitabında yazıçı Kamal Abdullanın rus dilinə tərcümə olunmuş pyesləri yer almışdır. Kitab Mütərcim (Bakı) nəşriyyatında 2009-cu ildə çap olunmuşdur. Pyeslər rus dilinə Azər Mustafazadə, Vaqif İbrahimoğlu və Gülnar Şıxəliqızı tərəfindən tərcümə edilmişdir. Kitabla aşağıdakı linkdə tanış olmaq olar:

server tanıtımı kocuce