Akademik Kamal Abdullanın “Azərbaycanca danışaq” seriyasından
olan növbəti kitabı 2012-ci ildə ərəb dilində Birləşmiş Ərəb Əmirliklərində,
Əbu Dabi şəhərində çapdan çıxıb. Azərbaycan dilinin, tarixinin və
mədəniyyətinin təbliği ilə bağlı geniş fəaliyyət proqramının tərkib
hissəsi olan bu kitab Ayn-Şəms Universitetinin müəllimi, azərbaycanşünas
alim doktor Əhməd Sami Elaydi tərəfindən tərcümə olunub. Kitaba praktiki
səciyyəli zəngin dil materialı, danışıq kitabçası ilə yanaşı ölkəmizin coğrafi
mövqeyi, mədəniyyəti, tarixi haqqında informativ bilgilər də daxil edilib.
Şərh yoxdur