AMEA-nın həqiqi üzvü Kamal Abdullanın 2010-cu ildə Rumıniyanın “İDEEA Europena”
nəşriyyatında rumın dilində “Sa VORBİM Azerbaidjana . Limba şi cultura”
(“Azərbaycanca Danışaq. Dil və Mədəniyyət”) adlı daha bir kitabı nəşr olunub.
Azərbaycanın, onun mədəniyyətinin və dilinin xaricdə təbliğ edilməsinə layiqli
töhfə olan bu nəşrin özəlliyi ondadır ki, o, təkcə Azərbaycan dili üzrə deyil,
bütövlükdə ölkəmiz, onun tarixi, dili, ədəbiyyatı və mədəniyyəti, incəsənəti,
coğrafiyası, o cümlədən Dağlıq Qarabağ həqiqətləri barədə rumın oxucularında
dolğun təssəvvür yaratmaq baxımından dəyərli və etibarlı mənbə və «bələdçi»dir.
“Dövlət emblemləri”» sərlövhəsində dövlət atributları haqqında söz açılır,
kitabda ölkəmizin coğrafiyası, iqlimi, daxili və xarici siyasəti, fauna və florası,
geoloji stukturu və təbii sərvətləri, xalqımızın mənşəyi və digər sahələr haqqında
rumın oxucularına məlumatlar verilir.
Şərh yoxdur