Ədəbi tənqidçi və publisist, XIX-XXI əsrlər rus ədəbiyyatı,
SSRİ xalqlarının ədəbiyyatları, teatr, kino və bədii fotoqrafiya
haqqında kitabların, monoqrafiya və məqalələrin müəllifi,
bir çox mükafatların, o cümlədən “TEFİ” mükafatının laureatı,
Rusiya Pen-Mərkəzinin, Moskva Kinematoqrafçılar İttifaqının və
Moskva Yazıçılar İttifaqının üzvü Lev Anninskinin Bakı Slavyan
Universitetinin “Filoloqun kitabxanası – 100” seriyasından
çap olunan “Ceviz ləpəsi” kitabında yazıçı Kamal Abdulla və onun “Yarımçıq əlyazma” romanı
haqqında yazdığı “Sözün sehri: yarımçıqlıqdakı bütövlük” məqaləsi çap olunub.
Kitab 2011-ci ildə “Kitab aləmi” (Bakı) poliqrafiya mərkəzində nəşr olunub.
Şərh yoxdur