21 Yan 2016 15:26:19

Multikulturalizm_mYrkYzindY_muzakirYlYr_olubBakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti (BSU) və Yaradıcılıq Fondu rəhbərlərinin iştirakı ilə Azərbaycanda “Multikulturalizm ili”nin elan olunmasından irəli gələn vəzifələr müzakirə edilib.

«Xəbərservis» Mərkəzin mətbuat xidmətinə istinadən xəbər verir ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxışında bildirib ki, Prezidentin müvafiq Sərəncamı yeni hədəfləri müəyyənləşdirib, BBMM-in məsuliyyətini daha da artırıb: “Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən cənab Prezidentin müəyyənləşdirdiyi -Azərbaycanı dünyada tanıtmaq hədəfini özünün prioritet istiqaməti elan edib. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması Multikulturalizm Mərkəzinə etimadın göstəricisi olmaqla bərabər, həm də bu qurumun məsuliyyətini artırır, qarşıya yeni vəzifələr qoyur. Bu o deməkdir ki, Multikulturalizm Mərkəzi əvvəlkindən daha artıq səylə üzərinə düşən vəzifələri yerinə yetirməlidir və yetirəcək”.

Çıxışlardan sonra Prezidentin Sərəncamına uyğun olaraq Bilik Fondu, BSU və Yaradıcılıq Fondunun təklifləri dinlənilib. Toplantıda “Multikulturalizm ili” ərzində dünyanın müxtəlif ölkələrində, eləcə də ölkəmizin bəzi bölgələrdə BBMM-in filiallarının yaradılması, müxtəlif konfrans, simpozium və kollokviumların təşkili, Azərbaycan multikulturalizminə aid beynəlxalq elektron kitabxananın yaradılması, etnik qruplarla bağlı nəzərdə tutulan müxtəlif layihələr və sair təkliflər müzakirə edilib.

http://www.xeberservis.az/1/news/30940