1468401999945610908_1000x669

Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görəcək.

Yaponiyanın məşhur “Suisei-sha” nəşriyyatından yazıçıya bununla bağlı təklif gəlib. Romanı rus dilindən yaponcaya professor İçiro İto tərcümə edib.

Xatırladaq ki, “Yarımçıq əlyazma”  Kamal Abdullanın Yaponiyada işıq üzü görəcək ikinci kitabıdır. Bundan əvvəl yazıçı yapon oxucuları ilə“Sehrbazlar dərəsi”ndə görüşüb. Yaponiya nəşriyyatlarının Azərbaycan ədəbiyyatına olan marağı Yaponiya-Azərbaycan ədəbi əlaqələrinin yeni və daha yüksək əməkdaşlıq mərhələsinə adladığının göstəricisidir.

“Suisei-sha” nəşriyyatı 2005-ci ildə Yaponiyanın Müqayisəli Ədəbiyyat Assosiasiyasının mükafatçıları siyahısındadır. Nəşriyyat indiyə qədər Spinoza, V.Hüqo, M.Prust, Nitsşe, A.SentEkzüperi, Q.Flober, E. Jabes kimi görkəmli ədiblərin əsərlərini yapon oxucusuna təqdim edib.