2014-cü il aprelin 4-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Kamal Abdullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) keçirilən müşavirədə iştirak etmiş, qurumun kollektivi ilə görüşmüşdür.
Görüşdə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yaradılmış yeni xidmət dövlətimizin başçısının dövlət-din münasibətlərinə, milli mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz nümunəsidir.
Sonra Dövlət müşavirinə DQİDK-nın fəaliyyəti, görülən işlər və planlar barədə məlumat verilmişdir.
Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin müvafiq sahə, həmçinin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələr haqqında danışmış, dövlət-din münasibətləri, tolerantlıq sahəsində DQİDK-nın fəaliyyəti və həyata keçirdiyi layihələrə dair fikirlərini bildirmiş, həmin vəzifələrdən irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında Komitə ilə birlikdə görüləcək işlərdən bəhs etmişdir.
Görüşdə gələcəkdə həyata keçiriləcək konkret layihələr müəyyənləşdirilmiş və həmin layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.
Şərh yoxdur