index2014-cü il 23 may Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Naftalan Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, dövlət müşaviri ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur.
Sonra Heydər Əliyev Mərkəzində şəhərin ziyalıları, gənclər, idarə, müəssisə və təşkilatların nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə Kamal Abdullayev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızda Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqındakı sərəncamları Azərbaycan dövlətçiliyinin daha da inkişafı üçün güclü təkan olmuşdur. Eyni zamanda, qeyd edilmişdir ki, Azərbaycanda dilindən və dinindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və azadlıqları etibarlı surətdə qorunur.
Görüşdə əhalinin müxtəlif təbəqələri ilə qarşılıqlı müzakirələr aparılmışdır.
Tədbirdən sonra dövlət müşaviri şəhər Cümə məscidini ziyarət etmişdir.