Vaxt gələr – bizim vaxt!
Buz kimi əriyər istidən
asfaltın üstündə –
kiçilər, nəzilər…
Bu vaxtın içində
sözləri sözlərin yanına düzərək
bütün əzabları çəkib uzadıb,
Uzun, möhkəm fitil kimi
ən cafalı caninin,
başı bəlalı caninin
daş olmuş ürəyinə aparmaq istəyərəm.
…Bu fitil bir ahdan od tuta bilər…
Sonra özüm, mən özüm
bu cəfalı caninin,
başı bəlalı caninin
daş olmuş ürəyində
diz çöküb aram-aram
asfaltın üsütündəki
əriyən vaxtı unudub,
üzümü anama tutub
“Əlvida” pıçıldayaram,
“bağışla” qışqıraram.
Şərh yoxdur