Terter2014-cü il iyun 21-də  Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ziyalıları ilə görüş keçirmişdir.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılmış, ölkəmizdə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanmışdır.
Diskussiya xarakterli görüşdə rayon ziyalıları müxtəlif təkliflər irəli sürmüşlər.
Sonra dövlət müşaviri Tərtər şəhərindəki Cümə məscidində rayon dindarları ilə görüşmüşdür.