Dünyanın sonuncu adamı
qalıb şəhərlərlə,
qalıb kəndlərlə,
qalıb dənizlərlə,
dağlarla, düzlərlə
Üz-üzə!
Elə bil təkbətək döyüşə girəcək
Hər iki tərəf.
Bu boyda dünyanın sonuna çatan,
Bu boyda yuxuya zəhər qatan
Dünya qopub gedir, yatan, yatan
Heç nə başa düşmür
və heç nə də xatırlamır.
Bütün fikri-zikri boşluq –
Gözü dünyanın açıq sinəsində,
Əli dünyanın yağlı yaxasında.
Xatırlamaq istəmir bizi
dünyanın sonuncu adamı.
Yada salınası bir şeyi yox,
Elə yaddan çıxası da.
Dünyanın sonuncu tənha adamı
qalıb son gününün
pis qorxusu ilə.
Dünya ondan istəsə də, qurtulammır.
Dünya hey istəyir bu son adamdan
Qurtulsun, canını götürüb qaçsın.
…Baxır tutqun-tutqun göydən Yaradan,
Məcburdu göylərin qapısın açsın.