İcazə ver soruşum:
Niyə soyuqsan?!
Bax, əllərin soyuqdur,
Gözlərin soyuq.
Bir kəlmə danışmadın –
Sözlərin soyuq.
Birdən mənə baxaraq
Gözünü yumdun.
Sonra yenə də açdın –
Göz yerin oyuq.
Başını tərpədərək
Guya “hə” dedin?!
Guya sən məni gördün –
Demə, görmədin.
Elə yavaş gülürsən –
Gülüşün soyuq.
Dayan, niyə gedirsən –
Gedişin soyuq…
Göndərdiyin o uzaq
Öpüşün soyuq…
İcazə ver soruşum:
Niyə soyuqsan?..
…Bu ocaq daha yanmır,
Küçədə yağış.
Otağa isti dolur –
Sən yenə yoxsan.