O gün çox-çox uzaqlardan sıyrılıb
Nəhayət ki, gəlib bizə qovuşdu.
Keçmişimiz yenə bizdən ayrılıb
Dağ başında dumanlara qarışdı.
O gün ilə bir an da gəlməliydi,
O bir anın eşqi ilə yaşadıq.
Min dünyalıq əzabı, məşəqqəti
O bir anı yaşamaqçün daşıdıq.
Gəldi o gün – yorğunluğu böyükdü,
Üzgün idi, qəm-kədəri çox idi.
…Birdən nəsə yada saldı, döyükdü –
O bircə an o gün ilə yox idi.