IMG_3222

Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi”

romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub.

Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən,

atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar

dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada

yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən

sirli görüşündən bəhs edənmistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə

çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.

Romanın 2006-cı ildə Azərbaycanda çap olunan ilk nəşrinə ön sözü professor Aydın Talıbzadə yazıb. Ön sözü aşağıdakı linkdən oxuya bilərsiniz:

Prof. Aydın Talıbzadə ÖN SÖZ

Sufi dərvişlərin həyatından bəhs edən “Sehrbazlar dərəsi”  “Büyücüler deresi” adı ilə Türkiyədə 2007-ci ildə, “Долина Кудесников”  adı ilə Rusiyada 2010-cu ildə, «Stebukladarių slėnis» adı ilə Litvada 2013-cü ildə, «Сикыршылар ангары» adı ilə Qazaxstanda 2013-cü ildə, «La vallée des magiciens» adı ilə Fransada 2013-cü ildə, «魔術師の谷» adı ilə Yaponiyada 2013-cü ildə,  «Valley of the sorcerers» adı ilə Amerika Birləşmiş Ştatlarında  2015-ci ildə çap edilib.

Oxucu tələbatından irəli gələrək “Sehrbazlar dərəsi” romanı Türkiyədə 2010-cu ildə, Rusiyada 2013-cü ildə “Романы” kitabında (Moskva, Xudojestvennaya literatura) təkrar nəşr olunub.

2014-cü ildə “Sehrbazlar dərəsi” romanı fars əlifbası ilə İranda çap edilərək Azərbaycandilli oxuculara təqdim edilib.

“Sehrbazlar dərəsi” romanı haqqında həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrdə onlarla təhlil yazıları yazılıb. Roman Rusiyada çıxan “Xudojestvennaya literatura” jurnalında bu ölkədə oxucuların ən çox diqqətini cəlb edən kitab kimi dəyərləndirilib.

Yazıçı Kamal Abdullanın oxucunun diqqətinə müxtəlif dillərdə təqdim edilən “Sehrbazlar dərəsi” romanı orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

Orta əsrlərdə islam fəlsəfəsini, poeziya və musiqisini formalaşdırmış bu mühüm kulturoloji istiqamətin müasir mədəniyyətə təsiri bu gün də davam edir.

Həmin dövrdə bu ədəbiyyat bütün müsəlman xalqlarına – həm ərəb qəbilələrinə, həm də türkdilli (o cümlədən Azərbaycan) və farsdilli xalqlara mənsub idi. Hərçənd, müsəlman aləminə yalnız dolayısı ilə cəlb edilmiş xalqların poeziyasında da klassik islam ədəbiyyatının elementləri müşahidə olunurdu.

Kinematoqrafik “Sehrbazlar dərəsi” romanı zamanın müxtəlif mərhələləri – keçmiş və indiki dövr, mistik və gerçək aləm arasında hədləri silir, onları iynə vasitəsilə ilmə-ilmə bir-birinə bağlayaraq Ariadna sapına çevirir. Əslində bu, iynə də yox, müəyyən mənada sancaqdır. İynə – dünyanın özü kimi qədim olan qisas motividirsə; sancaq – qapalı dövrə, daha dəqiq desək, insanın həyat yolu, onun ləyaqətlə yaşaması üçün ayrılmış vaxtdır. Müəllif özü də bu məqamı vaxtaşırı xatırladır. Burada zaman əsas deyil: istər həmişəyaşıl Sehrbazlar Dərəsində yaşayan dərvişlərin mistik-utopik xronotopu, istərsə də real, bugünkü zaman eyni məhək daşı – qisas, həqiqət axtarışı ilə qarşılaşır.

Həmişəyaşıl Sehrbazlar Dərəsində olan dərvişlərin (sufilərdəki dərvişlər bu romanda sehrbazlar rolunda çıxış edirlər) mistik-utopik dünyasının qəhrəmanları sufi ənənələrinə uyaraq, yaxud Şekspirin “Hamlet” əsərində olduğu kimi əcdadların (cəllad atanın) ruhu kimi qismən elə həmin səbəbdən həqiqət axtarışına kömək etməli olsalar da, xəyali qələbə kimi qarşısıalınmaz qisas ehtirasını cilovlaya bilmir. Beləliklə, romanın finalı yalnız bir dövrənin sonudur və bu dövrə Karvanbaşının oğlunun həyatında hökmən təkrarlanmalıdır.

Lakin bu faciəli, ilk baxışda çıxış yolu görünməyən finalda yetim qalmış körpəni kin-küdurət labirintindən nahaq yerə günahkar hesab edilən Müəllimin varisi xilas edir, eyni zamanda, öz dərəsində onun ruhunu xilas edir. Sehrbazlar Dərəsinin sakinlərinin yeni həyatı qisas eşqi ilə yaşamayan, meditasiya edən ruhların həyatıdır. Burada qanlı qisasa yer yoxdur.

Şübhəsiz, bu roman qisas haqqında, həyatın və insanın həyat yolunun dövriliyi haqqında əbədi sual üzərindən mədəniyyət körpüsü olacaq – insanın dinindən, konfessiyasından və milliyyətindən asılı olmayaraq.