Bu nə işdi, mən deyəsən yoruldum,
Mənə deyən gərək idi bu nəydi.
Bir azcana kövrəkləşdim, duruldum,
Mən nə oldum – biri mənə deyəydi.
Bir azcana kövrəkləşdim, duruldum
Görən gördü nəyim yoxdu, nəyim var.
İnsanlara mən təzədən vuruldum,
Məni bir az çox istəyər insanlar.
Göy üzünün yerə dəyən qurşağı
Mənim doğma yaşıdım…
İnsanların gözündəki işığı
Mən də gördüm, mən deyərəm yaşadım.