Ulduzsuz göylərə, qara göylərə Atıldı qəfildən tənha bir fişəng. Dünya işıqlandı gündüzdəki tək, Göylər də mat qaldı belə sehirə. Sonra öləzidi, yerə əyildi, Göyə baxmayana da göründü o. Bu ölən o yanan fişəng deyildi, Niyə parlamışdı, niyə söndü o? İzi də qalmadı göydə fişəngin, O tənha fişəngi hamı unutdu.
Vaxt gələr – bizim vaxt! Buz kimi əriyər istidən asfaltın üstündə — kiçilər, nəzilər… Bu vaxtın içində sözləri sözlərin yanına düzərək bütün əzabları çəkib uzadıb, Uzun, möhkəm fitil kimi ən cafalı caninin, başı bəlalı caninin daş olmuş ürəyinə aparmaq istəyərəm.
Məni daha gözləmə, bu da bir işdi — doğuldum, yaşadım dünyada. Məni daha gözləmə — gözləmə dünyaya gələn gəldiyinə qayıda. Səni mən unutmaram — xatirən ən naməlum dumanlara bürünəcək. Səni mən unutmaram — Ana bətninə qədər unutmadıqlarım tək. Məni daha gözləmə, gəlib yığılma səni görməyən gözlərimə. Səni mən unutmaram Səni mən unutmaram, Məni daha gözləmə.
O uzaq ulduzun işığı kimi, Bir gün ürəyimə axıb gələrsən. Ulduzlar yolundan çıxdığı kimi, Göylərin yadından çıxıb gələrsən. Məni peşman etmə, ruhani ata, Çəkilməz bu cəza, ağrı çəkilməz. Qisasların sayı günaha çatar, Günahların yükü ağır – çəkilməz. Çıxart günahımı alnımdan itir, Sənin günahındır – mən günahkaram.
Allah, sənin sevdiklərin Qırıb-çatdı bir-birini. Allah, sənin seçdiklərin Daş qəlbli adamlardı. Hər şey itirdi sehrini, İtirdi ilk qəlibini. Kim kimə saldı mehrini, Kim kimə satdı qəlbini? Allah, sənin adamların Beyni yüklü, qəlbi tüklü. Yaşadılar harın-harın Fasiləsiz və sürəkli. Axı sənə üz tutmamış Bir addım da atılmadı.
Günahlarım ürəyimdə dağ oldu. Xatirələr mirvari tək düzüldü — Sap qırıldı, mirvarilər dağıldı. Hamısı da təkcə sənə oxşadı, birindən başqa. Sonra gördüm, yox — O da sənə oxşayır.