Yaşıl nar ağacının soldu nar çiçəkləri. Soldu nar çiçəkləri, kim deyərdi solacaq? Birdən-birə büzüşdü, qocaldı ləçəkləri. Soldu nar çiçəkləri, guya ki, nə olacaq… Bu ağrılar, əzablar bizə gəlib dəydilər. Unuduldu sevilən, unuduldu sevəni. Bu ağacın içində məni gizlədəydilər, Dost da gəlib baxaydı, tapammayaydı məni. Kağızdan evcik qurub, qızıl saray bilmişik. Nahaqdan incitmişik qüssəli ürəkləri.
Mənə deyən gərək nə olub axı, Nə çabalayırsan, söylə, nə xəbər. Sən çətin tapasan axtardığını, Sən axtardığını itirməyiblər. Nələr arzuladıq, nələr qazandıq, Hələ nələri də itirəcəyik. Yollara sarılıb biz də uzandıq, Hara gəlib çatdıq belə tələsik? De mənə, varmıydın, ya bəlkə yoxdun? De mənə, yuxudu bəlkə bu dünya? Bu bulaq suyunda sənmiydin axdın?
PAYIZ SEVGİSİ Hərdən oturub özüm-özümə Mən o gecəni xatırlayıram, Gözün gözümə, dizin dizimə Bir də musiqi – sakit, aram. O uzaq gecə başlanan payız Hələ nə qədər davam edəcək. Yağışlı gecə, həyacanlı qız Hardan gəlmişdi, hara gedəcək… Payız ömürdən uzun sürəcək — Payız nəğməsi, payız sevgisi. Yellədi bizi qəmli yelləncək, Uçurdu bizi, qaçırdı bizi.