Ürəkdən istəsən əgər,
Hamımız yanına gələrik,
diz çöküb ölərik
ayaqlarının altında –
yarpaqlardan süzülən işıq
torpağa çatana qədər.
Ürəkdən istəsən əgər,
ürəyimiz ürəyinin
ahəngiylə köklənər,
sənin gözün ilə
sevər – bəyənər.
Ürəkdən istəsən əgər,
Yarpaqlardan süzülən işığı
uzun, isti bir səhranı ölçən dəvə
ayaqüstü
alayarımçıq yuxusunda görər –
ürəkdən istəsən əgər.