Bu göylər də nə zamandı susublar,
Qəmli sükut kainatı basıbdı.
Elə bil ki göydən yerə baxan var,
Baxışı da elə bil ki azıbdı.
Elə bil ki, göydən yerə baxan var
Bir kədərli, bir qüssəli baxışla.
Görməsə də, baxdığını baxırlar,
Görünmədik sənə, bizi bağışla.
Sən də mənə Allahdan danışırsan,
Şeytan gəzir aramızda deyirsən.
Sən Allahın işinə qarışırsan,
Bu Allahdan axı nə istəyirsən?!
Şeytan gəzir aramızda deyirsən…
Nə olsun ki, guya nə dəyişəcək?!
Şeytan özü mələk idi deyəsən,
Şeytan özü doğma idi mələk tək.
Bu həyatın hər bir üzü belədir –
Ağ hardadır, qara harda – bilinməz.
Amma bir şey yada düşmür hələ də,
Amma çox şey yaddaşlardan silinməz.
Sən də mənə danışırsan Allahdan,
Göylər susub, yerlər susub zar-zar.
Heç buralar görünərmi dərgahdan,
Amma yenə, elə bil ki, baxırlar.
Şərh yoxdur