Qorqudşünas alim Kamal Abdullanın 1991-ci ildə Yazıçı (Bakı) nəşriyyatında
çapdan çıxmış “Gizli Dədə Qorqud” kitabında müəllifin “Kitabi-Dədə Qorqud”
dastanının aşkar və gizli qatları, dastandakı obrazların qədim yunan mifik
qəhrəmanları ilə səsləşməsi, mif və yazı…
Yazıçı Kamal Abdullanın “Müəllif-əsər-oxucu” kitabında müəllifin
“Kitabi-Dədə Qorqud” dastanlarının dili, dastanın dilində olan mifoloji
yaddaş, dastan nəsrifinin spesifikası, həmçinin bədii proses,
müəllif-əsər-oxucu problemləri, müasir nəsrin ritmi, gənc Azərbaycan şeiri
ilə bağlı düşüncələri yer almışdır.
Kitab Yazıçı (Bakı) nəşriyyatında 1985-ci ildə çap olunmuşdur.
Akademik Kamal Abdullayevin 1983-cü ildə ELM (Bakı) nəşriyyatında çap edilmiş
“Проблемы синтаксиса простого предложения в азербайджанском языке”
(“Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”) kitabında
Azərbaycan dilçilik elmində ilk dəfə olaraq “sadə cümlə” anlayışı nəzəri və praktik
baxımdan geniş şəkildə tədqiq olunub, dilimizdə sadə cümlənin təşəkkülü prosesi izlənilib.