Bu hekayə bir qəmli hekayədi, bir qəmli hekayədi. Daş olmuş ürəkləri yumşaldan, qəlbə çevirən hekayədi. Bilən biıir, ürəyin qəlbə çevrilən məqamında adam hətta ağlını itirə bilər.
Bağ mövsümü idi. Bərəkətli tut ağacının altındakı çəmənlikdə bir yay axşamı üç qız və dörd oğlan dövrə vurub bardaş qurmuşdular. Orxan isə eyvanda oturub, guya ki, kitab oxuyurdu, amma kitabdan çox tənbəl-tənbəl bu “gənclərə” göz yetirib hansı həngamədən çıxacaqlarını gözləyirdi.