…Camal həkim bu qızı görən kimi adını Çalıquşu qoydu. Qızı xəstəxanaya gətirənlər bir-birindən xəbərsiz hərəsi bir ad demişdi. Baş həkimi şübhəyə salan məqamlardan biri də elə bu idi.
Çoxdandır, bu cür uyğunluq yox idi. Əsl tarazlıq günüdür. Nə isə baş verəcək”.
Qızın, elə bil, içi qaynayır, coşub-daşır, külək oynadan qara saçları dağınıq — tökülüb üzünə, çiyninə. Od-yalovdu, sanki.
Əllərini atıb bütün dünyanı qucaqlamaq istəyir, nədir?!
O nar ağacı böyüdü və ilk meyvələrini böyük bir səxavətlə gətirdi. Mən hər dəfə o ağaca baxanda qəlbimə qəribə və anlaşılmaz bir qüssə qonur. Nəyinsə qəribçiliyini çəkirəm.
Dodaqların səssiz tərpənişini oxumağı bacaranlar isə deyə bilərdilər ki, Vaqif Əsirzadə səssizcə-səssizcə bunu pıçıldayır: “Təbrizi doğru demirmiş, Əl-Zəmmani sirri-zəmanənin müəllifi deyildir.