Nəhayət, dünyanın mərkəzi bir çox uzaq ölkələrdə, lap elə dəvə karvanı ilə bura qədər gələnlərin ölkəsində çox adama adı bəlli olmayan onun kiçik ölkəsində müəyyənləşdi! Bunu bütün dünya alimləri, onlara baxıb bütün ölkə hökmdarları qəbul etdilər.
Nəydi bu arıq, bəlkə də cılız, yaşının bu ahıl vaxtına baxmayaraq başının bütün tükləri, özü də qapqara və ağzının bütün dişləri, özü də cabəca yerində olan bu adamın belə məşhurluğunun səbəbi?!
Bu qadınlar ayaqlarını torpağa basıb yerimirdilər, onlar az qala torpağa heç toxunmurdular.
»Balaca həyətin həngamələri» silsiləsindən Kimsə çox-çox yuxarılardan baxsaydı görərdi ki, bu balaca həyət göylərə qanad açıb uçmağa can atan ağappaq quşa bənzəyir. Xüsusilə də, baharın ilk çağında.