O buralara hardan gəlib çıxmışdı – bunu bilən yox idi. Hamı onu bu yerlərin ən qədim sakini kimi tanıyırdı. Ağıl-nəsihət verməyi sevərdi. Tez-tez dediyi söz bu idi: Adamdan hətta »adın nədir?» soruşsalar əvvəl düşünüb sonra cavab verməlidir.
Vaqif İbrahimoğlunun xatirəsinə. Çox-çox qədim zamanlarda kəndin yuxarı tərəfindən külüng kimi yüksələn Göyəzən dağında bir İlahə yaşayırmış. Bu İlahə çox gözəlmiş.
Elə bu zaman Şişman Hənifə qəfildən söhbətə müdaxilə etdi: O, dünyanın ən ucaboylu karliki idi. Yəni, karliklərin arasında ən ucaboylusu idi. Özü bunu bir dəfə mənə fəxrlə demişdi.
Axırıncı dəvənin görüntüsü Ay zolağında hələ itməmişdi ki, heyvanxananın qarşısında bir sükut yarandı. Amma bu sükut uzun çəkmədi. Qısa bir müddətdən sonra bu sükut qəfildən pozuldu.
Əsl mərəkəydi. Toyuq-cücənin haray-həşiri həyəti başına götürməmişdimi, götürmüşdü. Onlara baxıb çəpərə qısılı pəyədə tənha qoyun mələyə-mələyə özünü ora-bura çırpırdı, amma ona fikir verən yox idi.
Həmən gün XXVI Sais sülaləsinin ilk fironu, Aşağı və Yuxarı Nil əyalətlərinin həqiqi fatehi, bütöv Misirin hakimi l Psammetix ölkəsinin baş şəhəri Memfisdə öz dəbdəbəli sarayının taxt otağında əyləşib beynində nə zamandan bəri qərarlaşdırdığı fikri götür-qoy eləyirdi.