AMEA-nın həqiqi üzvü Kamal Abdullanın 2010-cu ildə Rumıniyanın “İDEEA Europena”
nəşriyyatında rumın dilində “Sa VORBİM Azerbaidjana . Limba şi cultura”
(“Azərbaycanca Danışaq. Dil və Mədəniyyət”) adlı daha bir kitabı nəşr olunub.
Azərbaycanın, onun mədəniyyətinin və dilinin xaricdə təbliğ edilməsinə layiqli
töhfə olan bu nəşrin özəlliyi ondadır ki, o, təkcə Azərbaycan dili üzrə deyil,
bütövlükdə ölkəmiz, onun tarixi …
AMEA-nın həqiqi üzvü Kamal Abdullanın “Azərbaycanca danışaq”
seriyasından olan növbəti kitab 2010-cu ildə rumın dilində, 2011-ci
ildə isə Kenessey Mariyanın həmmüəllifliyi ilə macar dilində nəşr olunub.
Macar dilində işıq üzü görən “Azərbaycanca danışaq. Ölkə və onun dili”
kitabının ön sözünün müəllifi Azərbaycanın bu ölkədəki səfiri, professor
Vilayət Quliyev, redaktoru isə məşhur türkoloq Hazay Giorgidir.
Bu kitabda …
Akademik Kamal Abdullanın “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar
üçün dilçilik” kitabı dilçi olmayanlar üçün dilçilik elminin sirlərini açır.
Burada dilçiliyin nəzəri məsələləri bədii obrazların başına gələn oyunlarla
izah edilir. “Dilçilik həyatımızda nədir?” sualına əsər boyu cavab axtaran
müəllif bu əsərlə dilçilik elminin populyarlaşmasına yardımçı olur.
Kitab …
Akademik Kamal Abdullanın “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”
əsəri müəllifin uzun illərdən bəri “Kitabi-Dədə Qorqud” dastanlarının
müxtəlif spektirlərdə gizli qatlarından bəhs edir.
Kitaba yazılan ön sözün müəllifi professor Rəhman Bədəlovdur.
Kitab 3 hissədən ibarətdir. “Mifdən yazıya və yaxud sirriçində Dastan”
adlanan birinci bölmədə…
AMEA-nın həqiqi üzvü Kamal Abdullanın “Azərbaycanca danışaq”
seriyasından olan kitabları müxtəlif ölkələrdə çap olunub.
Bu seriyadan olan ilk kitab akademik Kamal Abdullanın fransız alimi
Mişel Malerblə birgə qələmə aldığı “Azərbaycanca danışaq. Dil və mədəniyyət”
adlı ilə 2008-ci ildə Parisdə dərc olunub. Kitab Azərbaycan dilinin tədris
edildiyi Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun tələbələri, həmçinin
ölkəmizin mədəniyyəti, dili və tarixi ilə maraqlanan alimlər, ictimai
xadimlər üçün nəzərdə tutulub.
Kitabda qorduqşünas Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” dastanı üzərində
ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq müstəvisində apardığı
müqayisəli təhlillər və araşdırmalar toplanıb.
Kitab Mütərcim (Bakı) nəşriyyatında rus dilində 2006-cı ildə çap edilib.
Kitabla aşağıdakı linkdən tanış olmaq olar: