Prof. Dr Mehman Musaoğlunun müəllifi olduğu “Kamal Abdullanın eserleri
Türkiye türkçesinde” kitabı Kamal Abdullanın elmi və bədii əsərlərinin
Türkiyə türkcəsinə çevrilməsi prosesində ortaya çıxan müxtəlif aspektli
problemlərin təhlili və əsərlərin bu dildə yaşamı, həmçinin dil uyğunlaşdırılması
işindəki çətinliklər haqqında olduqca maraqlı bir elmi araşdırmadır.
Kitab 2010-cu ildə Ankarada çap olunub.
Kitabla aşağıdakı linkdə tanış olmaq olar:
“Kamal Abdulla: seçimin morfologiyası” kitabının müəllifi
Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılıdır.
Kitab görkəmli yazıçı, şair və dramaturq Kamal Abdulla yaradıcılığının
özünəməxsusluğuna, müəllifin bir çox xarici dillərə tərcümə olunmuş
əsərlərində aşkarlanan bədii dünya mənzərəsinin mənalar aləminə və poetikasına
həsr olunmuşdur.
Kitabın redaktoru Etimad Başkeçid, rəyçi Salam Sarvandır.
Kitab 2010-cu ildə mütərcim nəşriyyatında çap olunmuşdur.
Kitabla aşağıdakı linkdə tanış olmaq olar:
Müəllif Elçin Səlcuq “Kədərin sirri” kitabında yazıçı-dramaturq,
alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırır, onun
əsərlərinin özəlliklərini təhlil etməyə çalışır.
Kitab ədəbiyyatşünaslar, tənqidçilər və bədii yaradıcılıqla maraqlananalar
üçün nəzərdə tutulub.
Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır.
Ön sözü müəllifi şair Salam Sarvandır.
Kitab 2005-ci ildə “XXI” YNE mətbəsində (Bakı) çap olunub.
Yazıçı Kamal Abdullanın elmi və bədii yaradıcılığı haqqında
1991-2014-cü illər ərzində dövrü mətbuatda və internet saytlarında
dərc olunan yazıların qəzet və elektron ünvanları:
“Məqamlar” kitabı 2011-ci ildə Mütərcim (Bakı) nəşriyyatında çap olunub.
Kitabda şair Salam Sarvan və Etimad Başkeçidin yazıçı Kamal Abdulla ilə
birgə Kamal Abdullanın yaradıcılığı ətrafında apardıqları ədəbi söhbətlər öz əksini tapıb.
Kitabla aşağıdakı linkdə tanış olmaq olar:
Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, klassik mətnlər, fəlsəfə, komparativ mifologiya, ritorika üzrə mütəxəssis, ABŞ Viskonsin – Medison Universitetinin Müqayisəli ədəbiyyatşünaslıq kafedrasına rəhbərlik etmiş Prof. Maks Statkiyeviçin yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı haqqında məqaləsi: