Dövlət müşaviri ölkəmizdəki dövlət-din münasibətlərindən danışarkən qeyd edib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 17 məscid var idi. Bu gün isə ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir. Azərbaycanda məzhəb problemi yoxdur, tam tolerantlıq mühiti hökm sürür.
Prezident İlham Əliyevin 2015-ci il 3 dekabr tarixli Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Abdullayev “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Stokholmda İsveç xarici işlər nazirinin müavini Anna-Karin Eneström ilə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti”, ”Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilib. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb ediliblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə səfəri çərçivəsində ölkəmizin səfirliyində aparıcı diaspor təşkilatlarımızın təmsilçiləri ilə görüşüb.
Stokholmda səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin daha bir görüşü İsveç parlamentində (Riksdag) Sosial Demokratlar, İsveç Demokratları, Yaşıllar Partiyası və Xristian Demokratlar Partiyasını təmsil edən bir qrup deputatla olub.