Akademik Kamal Abdullanın professor İlyas Həmidovla birgə yazdığı
bu kitabda rus dilinin Azərbaycanda tədrisi ilə bağlı tarixi və müasir
vəziyyət, həmçinin rus dilinin Azərbaycanda perspektiv inkişafı ilə bağlı
təhlillər, tarixi və hüquqi sənədlər yer almışdır. Kitabdakı sənədlər və
rus dilinin Azərbaycanda tətbiqi və keçdiyi inkişaf yolu ilə bağlı
informasiyalar 1837-2004-cü illəri əhatə edir.
Kitab Kitab aləmi (Bakı) nəşriyyatında 2005-ci ildə çap olunmuşdur.
Kitabda akademik Kamal Abdulla ilə görkəmli akademik Azad Mirzəcanzadənin
birgə hazırladıqları və Bakı Slavyan Universitetində oxuduqları mühazirələr yer alıb.
Mühazirələr ədəbiyyatda və incəsənətdə modellər, zərurət …
Akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” kitabı
Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin
sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı münasibət,
sadə və mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik araşdırmalarını özündə
əks etdirir. Kitabda Azərbaycan dilçilik elmində ilk dəfə olaraq mürəkkəb …
Qorqudşünas alim Kamal Abdullanın «Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2»
kitabında müəllifin «Kitabi-Dədə Qorqud» dastanı ilə bağlı araşdırmaları, dastan qəhrəmanlarının
qədim yunan mifoloji qəhrəmanları ilə müqayisəli təhlilləri öz əksini tapıb.
Kitab 1999-cu ildə ELM (Bakı) nəşriyyatında çap olunub.
Kitaba yazılan ön sözün müəllifi professor Rəhman Bədəlovdur:
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Kamal Abdullanın
“Kitabi-Dədə Qorqud” dastanı üzərində apardığı filoloji araşdırmaların toplandığı
“Gizli Dede Korkut” kitabı müxtəlif illərdə Türkiyədə ayrı-ayrı nəşriyyatlarda çap edilib.
Bu “Gizli Dede Korkut” kitabı 1997-ci ildə ÖTÜKEN nəşriyyatında çap edilib.
Kitabda akademik Kama Abdullanın “Kitabi-Dədə Qorqud” dastanlarının gizlin …
Akademik Kamal Abdullanın müəllifi olduğu “Gizli Dede Korkut”
kitabı 1995-ci ildə EKİN kitab evi tərəfindən çap edilib.
Kitabdan müəllif Kamal Abdullanın həyatı və yaradıcılığı, həmçinin müəllifin
“Kitabi-Dədə Qorqud” dastanları üzərində apardığı araşdırmalar, xüsusən mif və
yazı, dastan mətninin gizlin qatlarındakı magiya, Təpəgöz …