…Qapı isə yüz yerə açıla bilər. Bu gün bizim hər birimizə maraqlı görünən yüz bir yerə. Buyurub keçin içəri.
Edam vaxtına nə az, nə çox düz iki gün, dörd saat, iyirmi beş dəqiqə qalırdı.
Oxucunu öz səmimiyyətinə ciddi-cəhdlə inandırmağa
(əslində, aldatmağa!) çalışdınsa, deməli, surroqatsan.
Çalışdınsa, deməli, səhvsən. Eyni işi teatrda …
Ədəbiyyatı müftəxorlar yuvasına çevirməkdə kim maraqlı idi?
Əsasən maarifçilik paradiqmasında inkişaf edən Azərbaycan dramaturgiyasının
ümumi axınında Kamal Abdullanın pyesi öz «başqalığını» əhəmiyyətli bir tərzdə bəyan edir:
qəhrəmanın yoxluq, fanilik astanasında öz məhrəm yaddaşının zaman və məkanında
meditasiyası prosesi özü özlüyündə tamamlanır, özü özünə kifayət edir və heç bir nəsihətanə
nəticənin mövcudluğu imkanını nəzərdə tutmur.
Zaman etibarı ilə pyesin fabulası məşhur kinik Menippin satiralarına gedib çıxır
və müasir yazıçının qələmi altında Şekspirin, Dostoyevskinin, J.Məmmədquluzadənin,
Borxesin «lənətlənmiş sualları»nı sublimasiya edir.