K.
A.
03/10 2

Yəni

Bu dünyanı qazananlar O dünyanı itirdilər. Çəkib, çəkib o dünyanı Bu dünyaya gətirdilər Haqq nahaqla barışmışdı, Namərd mərdə yapışmışdı. Elə ki şər qarışmışdı Çətin sabah gələ idi. Günəş harasa getmişdi, Ay yox olmuşdu, itmişdi, Dünyanın işi bitmişdi, Bir də var ola bilməzdi.

  Davamı
03/10 2

Bu yol gətirir mənə

Satıldım, yenə satıldım, Kandara, küncə atıldım, Üstümdən hey addım-addım Yeridilər, getdilər. Qürbət uzun, bu yol qısa, Möhnət uzun, bu yol qısa, Sənə əgər çox lazımsa, Bu yol gətirir mənə Axır tutar bu ah səni, Tutar vallah günah səni, Mən sevmişdim axı səni, Sən də bunu bilirdin. Gör bir nədən ayrılmısan, Yol gəlmisən yorulmusan.

  Davamı
03/10 1

Haralara gətirəcək bizi bu yol?!

Qorumadıq özümüzü, nəfsimizi, İnanmıram saxlayacaq izimizi. Nə biz yolu tanıyırıq, nə yol bizi! Haralara gətirəcək bizi bu yol?! Hər tərəfi uçurumdu, sıldırımdı, Bilmək olmur sonu yoxdu, bir addımdı?! Elə bil ki, göydən düşdü, ildırımdı, Haralara gətirəcək bizi bu yol?! Qan var bunun dönüşündə, gedişində, İtib-batıb bu dünyanın gərdişində.

  Davamı
03/10 4

Ölümün mənim olacaq

Bu dünya hər şeyin sonu deyil. Görmədiyimiz ölkələr, şəhərlər kimi Yeni dünyalar var bizim üçün, Yeni-yeni aləmlər var. Bü dünya hər şeyin sonu deyil, Bu sevda da son deyil, Bu nifrət də son deyil. Göydən bir səs gəlir bizə sarı, Sən sev deyir, Sən yaşa deyir, Ölümün mənim olacaq.

  Davamı
03/10 1

Yerlə göyün arasında

Yerlə Göyün arasında İlişib qalmışam yenə. Aşağıdan səslə sən də Elə deyinə-deyinə. Nə yerdəyəm, nə göydəyəm, Hər şey məndən kənardadı. Hərdən özüm də bilmirəm Göy hardadı, yer hardadı. Kimi Yerlə əlləşəndə, Kimi Göylə vuruşanda, Mələklərlə birləşəndə, Şeytanlarla barışanda. Yerlə Göyün arasında İlişib qalmışam yenə. Durub yolun yarısında Boylanıram mən səsinə.

  Davamı
03/10 3

Su pərisi

Nəhayət baxışın mənə dəyəndə, Nəhayət tanıdıq bir-birimizi. O uzaq dənizin dibsizliyində Sən su pərisiydin, su pərisi. Artıq yorulmuşuq çevrilmələrdən, Sən də mənim kimi göylər gəzmisən. Sonsuz ölmələrdən, dirilmələrdən Bezmişəm. Əlbəttə, sən də bezmisən. Bax neçənci dəfə yenə öləndə Unutduq dünyanın hər bir şeyini. Ancaq unutmadıq sən də, mən də O uzaq dənizin yosun iyini.

  Davamı