K.
A.
03/10 4

Ölü quş olub daş kimi düşəm

Ləpirin, izin qaldı uzaqda, Sevirəm sözün qaldı uzaqda, İndi şaxtadı, indi sazaqdı, Yazın nə işi həyatımızda?! Yazın nə işi həyatımızda?! Sözlər yuyuldu bayatımızdan. Bir dünya ömrü var yadımızda, Unutmaq çətin, unudulacaq… Unutmaq çətin, unudulacaq, Yol başdan başa ulduz olacaq. Ulduzlar göydə duz-duz olacaq, Bəs mən hardayam, uçuram hara? Bəs mən hardayam, uçuram hara?

  Davamı
03/10 1

O gün

O gün çox-çox uzaqlardan sıyrılıb Nəhayət ki, gəlib bizə qovuşdu. Keçmişimiz yenə bizdən ayrılıb Dağ başında dumanlara qarışdı. O gün ilə bir an da gəlməliydi, O bir anın eşqi ilə yaşadıq. Min dünyalıq əzabı, məşəqqəti O bir anı yaşamaqçün daşıdıq. Gəldi o gün – yorğunluğu böyükdü, Üzgün idi, qəm-kədəri çox idi.

  Davamı
03/10 3

Sən yenə yoxsan

İcazə ver soruşum: Niyə soyuqsan?! Bax, əllərin soyuqdur, Gözlərin soyuq. Bir kəlmə danışmadın — Sözlərin soyuq. Birdən mənə baxaraq Gözünü yumdun. Sonra yenə də açdın — Göz yerin oyuq. Başını tərpədərək Guya “hə” dedin?! Guya sən məni gördün — Demə, görmədin. Elə yavaş gülürsən — Gülüşün soyuq.

  Davamı
03/10 4

Köhnə nağıl tək

Pərdə açılır, bu, bir səhnədir… Tamaşaçılar, nə qədər çiçək… Kimsə əl çalır, kimsə əl edir, Hər şey tanışdır köhnə nağıl tək. Səhnədə bizik – sənsən və mənəm, Bir də sevgimiz – tükənməyəcək. Sən yenə mənim sevgi dəfinəm, Hər şey əzizdir köhnə nağıl tək. Hamı dəribdir son nəfəsini, Nə gözləyir bu adamlar bizdən?!

  Davamı
03/10 2

Sən də mənə Allahdan danışırsan…

Bu göylər də nə zamandı susublar, Qəmli sükut kainatı basıbdı. Elə bil ki göydən yerə baxan var, Baxışı da elə bil ki azıbdı. Elə bil ki, göydən yerə baxan var Bir kədərli, bir qüssəli baxışla. Görməsə də, baxdığını baxırlar, Görünmədik sənə, bizi bağışla. Sən də mənə Allahdan danışırsan, Şeytan gəzir aramızda deyirsən.

  Davamı
03/10 2

Yəni

Bu dünyanı qazananlar O dünyanı itirdilər. Çəkib, çəkib o dünyanı Bu dünyaya gətirdilər Haqq nahaqla barışmışdı, Namərd mərdə yapışmışdı. Elə ki şər qarışmışdı Çətin sabah gələ idi. Günəş harasa getmişdi, Ay yox olmuşdu, itmişdi, Dünyanın işi bitmişdi, Bir də var ola bilməzdi.

  Davamı