K.
A.
08/05 3

Mehman Qaraxanoğlu: “SÖZƏ SÖZDƏNKƏNAR BAXIŞ VƏ YA MEDİTATİV DİL”

K.Abdulla isə Dilə “etibar” etmədi. Dilin çoxqatlı, çoxyönlü,
dövr edən və dövriyyədən qayıdan, sistemdənkənar və
sistem daxilində mövcud olan struktular məcmusu olduğuna
inandı. “Özü-özü ilə danışardı, amma bu dili bir kimsə bilməzdi,
özü-özünə suallar verərdi, özü də bu sualları cavablardı.

  Davamı
08/05 3

Mehman Qaraxanoğlu: “ROMAN, YOXSA GÖRÜKMƏZ TƏPƏ?!”

 EY…

Ey Mətn!!!

Ey Görünənlərin Görünməyən Qatlarıı!

Ey Ölmüş Yuxuların Diri Gəzintiləri!

Ey gecələr daxmamın tavanını rəngləyən, sübh açılmamış silən!

Ey tavanımı ölüm üçün parıldadan Qoca Şeytan!

  Davamı
05/20 0

Lev Anninski: “Sözün sehri: yarımçıqlıqdakı bütövlük”

Ədəbi tənqidçi və publisist, XIX-XXI əsrlər rus ədəbiyyatı,

SSRİ xalqlarının ədəbiyyatları, teatr, kino və bədii fotoqrafiya

haqqında kitabların, monoqrafiya və məqalələrin müəllifi,

bir çox mükafatların, o cümlədən “TEFİ” mükafatının laureatı,

Rusiya Pen-Mərkəzinin, Moskva Kinematoqrafçılar İttifaqının və

Moskva Yazıçılar İttifaqının üzvü Lev Anninskinin Bakı Slavyan

Universitetinin “Filoloqun kitabxanası – 100” seriyasından

çap olunan “Ceviz ləpəsi” kitabında yazıçı Kamal Abdulla və onun
“Yarımçıq əlyazma” romanı haqqında yazdığı “Sözün sehri: yarımçıqlıqdakı bütövlük”
məqaləsi çap olunub.

Kitab 2011-ci ildə “Kitab aləmi” (Bakı) poliqrafiya mərkəzində nəşr olunub.

  Davamı
05/20 0

Rüstəm Kamal: “Kamal Abdulla: Yazıdan mifə”

Folologiya üzrə fəlsəfə doktoru, görkəmli ədəbiyyatşünas

Rüstəm Kamalın müəllifi olduğu “Kamal Abdulla: Yazıdan mifə”

[yazı və mif məntiqi, ontoloji poetika, əlyazma arxe tip kimi]

kitabı Kamal Abdulla yaradıcılığının poetikası və semiotikası məsələlərinə

həsr olunmuş maraqlı və elmi cəhətdən dəyərli bir əsərdir.

Kitabın elmi redaktoru professor Məmməd Qocayevdir.

Kitab 2011-ci ildə Mütərcim (Bakı) nəşriyyatında çap olunmuşdur.

  Davamı
05/12 0

Mehman Musaoğlu: “Kamal Abdullanın eserleri Türkiye türkçesinde”

Prof. Dr Mehman Musaoğlunun müəllifi olduğu “Kamal Abdullanın eserleri

Türkiye türkçesinde” kitabı Kamal Abdullanın elmi və bədii əsərlərinin

Türkiyə türkcəsinə çevrilməsi prosesində ortaya çıxan müxtəlif aspektli

problemlərin təhlili və əsərlərin bu dildə yaşamı, həmçinin dil uyğunlaşdırılması

işindəki çətinliklər haqqında olduqca maraqlı bir elmi araşdırmadır.

Kitab 2010-cu ildə Ankarada çap olunub.

Kitabla aşağıdakı linkdə tanış olmaq olar:

  Davamı
05/12 0

Asif Hacılı: “Kamal Abdulla: seçimin morfologiyası”

“Kamal Abdulla: seçimin morfologiyası” kitabının müəllifi

Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılıdır.

Kitab görkəmli yazıçı, şair və dramaturq Kamal Abdulla yaradıcılığının

özünəməxsusluğuna, müəllifin bir çox xarici dillərə tərcümə olunmuş

əsərlərində aşkarlanan bədii dünya mənzərəsinin mənalar aləminə və poetikasına

həsr olunmuşdur.

Kitabın redaktoru Etimad Başkeçid, rəyçi Salam Sarvandır.

Kitab 2010-cu ildə mütərcim nəşriyyatında çap olunmuşdur.

Kitabla aşağıdakı linkdə tanış olmaq olar:

  Davamı