EY…
Ey Mətn!!!
Ey Görünənlərin Görünməyən Qatlarıı!
Ey Ölmüş Yuxuların Diri Gəzintiləri!
Ey gecələr daxmamın tavanını rəngləyən, sübh açılmamış silən!
Ey tavanımı ölüm üçün parıldadan Qoca Şeytan!
Ədəbi tənqidçi və publisist, XIX-XXI əsrlər rus ədəbiyyatı,
SSRİ xalqlarının ədəbiyyatları, teatr, kino və bədii fotoqrafiya
haqqında kitabların, monoqrafiya və məqalələrin müəllifi,
bir çox mükafatların, o cümlədən “TEFİ” mükafatının laureatı,
Rusiya Pen-Mərkəzinin, Moskva Kinematoqrafçılar İttifaqının və
Moskva Yazıçılar İttifaqının üzvü Lev Anninskinin Bakı Slavyan
Universitetinin “Filoloqun kitabxanası – 100” seriyasından
çap olunan “Ceviz ləpəsi” kitabında yazıçı Kamal Abdulla və onun
“Yarımçıq əlyazma” romanı haqqında yazdığı “Sözün sehri: yarımçıqlıqdakı bütövlük”
məqaləsi çap olunub.
Kitab 2011-ci ildə “Kitab aləmi” (Bakı) poliqrafiya mərkəzində nəşr olunub.
Folologiya üzrə fəlsəfə doktoru, görkəmli ədəbiyyatşünas
Rüstəm Kamalın müəllifi olduğu “Kamal Abdulla: Yazıdan mifə”
[yazı və mif məntiqi, ontoloji poetika, əlyazma arxe tip kimi]
kitabı Kamal Abdulla yaradıcılığının poetikası və semiotikası məsələlərinə
həsr olunmuş maraqlı və elmi cəhətdən dəyərli bir əsərdir.
Kitabın elmi redaktoru professor Məmməd Qocayevdir.
Kitab 2011-ci ildə Mütərcim (Bakı) nəşriyyatında çap olunmuşdur.
Prof. Dr Mehman Musaoğlunun müəllifi olduğu “Kamal Abdullanın eserleri
Türkiye türkçesinde” kitabı Kamal Abdullanın elmi və bədii əsərlərinin
Türkiyə türkcəsinə çevrilməsi prosesində ortaya çıxan müxtəlif aspektli
problemlərin təhlili və əsərlərin bu dildə yaşamı, həmçinin dil uyğunlaşdırılması
işindəki çətinliklər haqqında olduqca maraqlı bir elmi araşdırmadır.
Kitab 2010-cu ildə Ankarada çap olunub.
Kitabla aşağıdakı linkdə tanış olmaq olar:
“Kamal Abdulla: seçimin morfologiyası” kitabının müəllifi
Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılıdır.
Kitab görkəmli yazıçı, şair və dramaturq Kamal Abdulla yaradıcılığının
özünəməxsusluğuna, müəllifin bir çox xarici dillərə tərcümə olunmuş
əsərlərində aşkarlanan bədii dünya mənzərəsinin mənalar aləminə və poetikasına
həsr olunmuşdur.
Kitabın redaktoru Etimad Başkeçid, rəyçi Salam Sarvandır.
Kitab 2010-cu ildə mütərcim nəşriyyatında çap olunmuşdur.
Kitabla aşağıdakı linkdə tanış olmaq olar:
Müəllif Elçin Səlcuq “Kədərin sirri” kitabında yazıçı-dramaturq,
alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırır, onun
əsərlərinin özəlliklərini təhlil etməyə çalışır.
Kitab ədəbiyyatşünaslar, tənqidçilər və bədii yaradıcılıqla maraqlananalar
üçün nəzərdə tutulub.
Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır.
Ön sözü müəllifi şair Salam Sarvandır.
Kitab 2005-ci ildə “XXI” YNE mətbəsində (Bakı) çap olunub.