«Господин дороги» kitabında görkəmli yazıçı-dramaturq
Kamal Abullanın şeirləri və bir pyesi toplanmışdır. Şeirləri
Azərbaycanın əməkdar incəsənət xadimi, ssenarist Alla Axundova,
pyesi isə Gülnarə Şıxəliqızı tərcümə…
Yazıçı Kamal Abdullanın 2002-ci ildə Mütərcim (Bakı) nəşriyyatında çap olunmuş
“Kədərli seçmələr” kitabında müəllifin müxtəlif janrda yazdığı bədii əsərlərindən seçmələr toplanmışdır.
“Unutmağa kimsə yox” bölməsində şeirlər (Ön sözün müəllifi: Vaqif Bayatlı Odər),
“Gümüş dövrün sirləri” bölməsində klassik rus ədəbiyyatından edilmiş tərcümələr
(Ön sözün müəllifləri: Aslan Məmmədli və …
“Qəribədi, deyilmi?!” kitabı Kamal Abdullanın ilk şeirlər kitabıdır.
1998-ci ildə Bakı Dövlət Universitetinin mətbəsində çap olunan bu kitabda
müəllifin müxtəlif illərdə yazdığı və bəzilərinin sonralar pyesə, hekayəyə,
romana çevrilən…
Müəllifin «Gümüş dövrün sirləri» adlı kitabında rus poeziyasının
gümüş dövrünün şairlərindən seçmə tərcümələr toplanıb.
Rus şairləri Nikolay Qumilyov, Konstantin Balmont, Mixail Kuzmin,
Valeri Bryusov, Anna Axmatova, O.Mandelştam…
O gecə birdən bir pıçıltı gəldi düz yanımacan — gəldi dayandı. “Nə var, nə yox?” “Sağ ol”. “Birtəhərsən?” “Belə də…” “Yenə olsun… Açıldım, nə açıldım. “Belə də həyat olar” dan “Prometeyin odu o vaxt bizlərdən oğurlamağına” qədər. “Kolumb azərbaycanlıdır”dan “Nineviya – nənə evi”nə qədər. Koroğlu baba da düşdü yada, Həcər nənə də.
Yolla gedən olmasa bilinməz — Bilinməz ki, gəlir bu Yol, ya gedir. Öləsən də xatirədən silinməz Həqiqətdi, bəlkə də əfsanədi. Bu Yol sənin yolun deyil – bilginən, Sənin olan addımındı, izindi. İstəyirsən – ürəyindi döyünən, İstəyirsən – nəfəsindi, səsindi. Bu Yolun öz sahibi var – az, çox Tanıyırıq – Yolu kirə veribdir.