Yazıçı Kamal Abdullanın “Tarixsiz gündəlik” əsəri Rusiya Federasiyasında
həyata keçirilən “Открывая друг друга” layihəsi çərçivəsində rus dilinə
çevrilərək 2007-ci ildə Moskvada nəşr edilib.
Yazıçı Kamal Abdullanın «Tarixsiz gündəlik» povesti 2007-ci ildə
Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci xanımı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «Əsərlər toplusu» adlı kitabda dərc edilib.
Yazıçı Kamal Abdullanın “Tarixsiz gündəlik” povesti
bolqar dilinə tərcümə edilərək Bolqarıstanda “Един към друг”
adlı topluda “Дневник с бележки в полетата” adı ilə nəşr edilib.
Kitab “Abaqar” nəşriyyatında (Sofiya) 2007-ci ildə çap edilib.
Yazıçı Kamal Abdullanın «Tarixsiz gündəlik» povesti 2005-ci ildə
«XXI-YNE» nəşriyyatında (Bakı) nəşr olunub. Povest müəllifin
qeyd etdiyi kimi «Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı
Zərbəli Səmədovun xatirəsinə və Bakının 190 saylı məktəbində
oxumuş, oxuyan və oxuyacaq bütün şagirdlərə, işləmiş, işləyən və …