K.
A.
03/10 0

Mövzunun variasiyası

Ürəkdən istəsən əgər, Hamımız yanına gələrik, diz çöküb ölərik ayaqlarının altında — yarpaqlardan süzülən işıq torpağa çatana qədər. Ürəkdən istəsən əgər, ürəyimiz ürəyinin ahəngiylə köklənər, sənin gözün ilə sevər – bəyənər. Ürəkdən istəsən əgər, Yarpaqlardan süzülən işığı uzun, isti bir səhranı ölçən dəvə ayaqüstü alayarımçıq yuxusunda görər — ürəkdən istəsən əgər.

  Davamı
03/10 0

Mövzu…

Bir uzun səhraydı — ucu-bucağı yox, sorağı yox, hardan başlayırdı, harda itirdi. Bir dəvəydi — kövşəyə-kövşəyə, yuxulu-yuxulu bu səhranı gedirdi. Səhra da dəvəylə addımlayırdı — ucu yox, sonsuz səhra. Elə bu zaman uzaqdakı ölkələrin birində bir işığın saçağı bir ağacın üstündəki bir yarpağa sancılmışdı. O yarpaqdan süzülə-süzülə təzəcə yol almışdı üzü torpağa.

  Davamı
03/10 0

Təkcə özüm özümlə

Dəmir məntiq məni cana gətirər, Yalanlara inanaram nəhayət. Mən kasıba yaman baha oturar Əfsanələr aləminə səyahət… Bir də görrəm tapammıram özümü, Dönüb sənə, ona, buna – itmişəm. Güzgülər də göstərmirlər üzümü, Ay Allahım, mən sənə nə etmişəm? Unudaram yaxşılığı, günahı, Rahat-rahat unudaram düzü mən. Unudaram qaş-gözümü, vallahi, Bir başqasın elə billəm özüməm.

  Davamı
03/10 5

Mən öz üfüqümə çatdım bu səhər

Üfüq məndən qaçmadı, Məndən uzaqlaşmadı. Üfüq mənə başladı dərdini danışmağa. Üzüm üzünə dəydi, Gözüm gözünə dəydi — Mənim dərdim nəydi Onun dərdi yanında.

  Davamı
03/10 3

Hər şey təzədən

Nələr arzuladıq, nələr qazandıq, Hələ nələri də itirəcəyik. Yollara sarılıb biz də uzandıq, Yollar şahə qalxıb göyə dirəndi. Hələ nələri də itirəcəyik, Gözündən görürəm bu dost itəcək. Yalın ayağıma batmaq istəyib, Yolun ortasında tikan bitəcək. Ən gümanlı yerə güman dalıyca — Dənizə su üçün, göyə su üçün!

  Davamı
03/10 3

Səninki yenə də səndə qalacaq

Bir az günəşindən işıq ver mənə, Səninki yenə də səndə qalacaq. Yıxılsam, əlimdən tut, Səninki səndə qalacaq. Kimdən nə kəsmisən, səndə qalacaq, Məhəbbət, səadət, gözəllik, vüqar. Səndən heç bir hesab almayacaqlar, Səninki yenə də səndə qalacaq. Düz yollar haracan uzanasıdı?.. Tutmayacaqlar ki, düzü-dünyanı. Gec, ya tez bu çevrə qapanasıdı, Sonu çatacaqdır komediyanın.

  Davamı