K.
A.
03/11 5

Ruh gözün baxdığı yerdə

Ruh gözün baxdığı yerdə, Cisim gözün özündədi. Qəlb ulduz axdığı yerdə, Tənha göyün üzündədi. Sardı cismimi vahimə, Getdim o dünyanı gördüm. Ruhum ilişdi tilsimə, Öləcəyim anı gördüm. Gördüm göylər yerə enir, Buludlardan ölüm düşür. Gördüm mələklər deyinir, Gördüm şeytanlar gülüşür. Bir də gördüm, bu sən idin… Ruh gözün baxdığı yerdə.

  Davamı
03/11 6

Cavabsız suallar yağır

Yır-yığış etmək vaxtıdı, Dur ayağa, getmək vaxtıdı. Dünyadan itmək vaxtıdı, Bu vaxt bir də ələ düşməz. Bir daş altda, bir daş üstdə, Ruh dərində, cisim üzdə. Dənizdə, səhrada, düzdə Nə qoydun ki, qaldı sənsiz?! Geri baxma, daş olarsan, Gözdən axan yaş olarsan, Don vurmaz yaddaş olarsan, Yaddaş olmaq yaman şeydi.

  Davamı
03/11 6

İnan ona…

Bu yol gəldi çatdı mənə Həzin səslə dinə-dinə. Bir nağıl başladı yenə, Qaranlıq aldı hər yanı… Bu nağılın hər üzü bəlli, Sonu mə’lum – qaravəlli. Sən sözünü dedin, bəli, Həm doğrunu, həm yalanı. Qışdan çıxıb, yarımcandı, Möhnət çəkib, pərişandı. İnan ona – oda yandı, Sən bu yolu yaxşı tanı.

  Davamı
03/11 2

Sehrbazlar dərəsi

Bütün zamanların sehrbazları Birdən güc gələlər – dəyişə dünya. Gələ bu dünyanın solmaz baharı, Dəyişə bir səhər, gül aça hər yan. Gözümüz önündə hər şey dəyişə: Gözümüz önündə məhv ola iblis, İtə yaşıl rəngin yaşıllığında… Ağacı içindən yeyən qurdlar da Onun yarasına məlhəm qoyalar. İlkin qardaşlığı duman içində Qaralan yol kimi xatırlayaq biz.

  Davamı
03/10 2

Bu dəniz bu dağa yaman oxşayır

Bu dəniz bu dağın içində imiş, Dağ da bu dənizin içində bəlkə.

  Davamı
03/10 1

Var-gəl

İşıqdan qaranlığa… Qaranlıqdan işığa… Var-gəl. Var-gəl. Yə’ni gəzinti. Əllər arxaya, Gözlər yumulu. Kəlmələr itələşər Və dişlər – səngər. Yumru-yumru günəş çıxar hardasa, Hardasa batar. İşıqdan qaranlığa, Qaranlıqdan işığa. Var-gəl. Var-gəl. Yə’ni hıçqırıq. Bircə dəmir çərçivəsi çatışmır. Kimi dindirirsən, tənhaymış, Kimə baxırsan, təkmiş.

  Davamı